adalet.az header logo
  • Bakı -°C
24 Mart 2026 09:36
99
SİYASƏT
A- A+

“Kreml təxribatçıları cəzalandırmır...” – Politoloq 

“Rusiya rəsmilərinin, diplomatlarının, jurnalistlərinin və siyasi ekspertlərinin danışıq tərzi xeyli tərbiyəsizləşib. Kreml Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vasitəsilə müxtəlif ölkələrin liderlərini təhqir edir, aşağılayıcı fikirlər söyləyir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Vladimir Solovyov, Marqarita Simonyan, Mariya Zaxarova, Aleksandr Duqin və bunlara bənzər digərlərini irəli çəkərək, onlar vasitəsilə müxtəlif dövlətləri şantaj etməyə çalışır:

“Bu şəxslərin dilləriylə onlarla dövlət hədələnib. Bu isə münasibətlərin gərginləşməsinə səbəb olub. Kremldən təlimat alan bu şəxslər bır sıra hallarda özlərini “ideya daşıyıcısı” kimi qələmə verərək fərqli təxribatçı təkliflərlə çıxış edirlər. Kreml təxribatçıları cəzalandırmır, əksinə “bu onların şəxsi fikirləridir” deyib yaxasını kənara çəkmək istəyir. Halbuki, adları çəkilən şəxslər dövlət idarəetməsində təmsil olunurlar, dövlət kanallarındakı proqramların aparıcılarıdırlar”.

Vasif