"Rusiyanın Ermənistan siyasəti keçmişdə ilişib qalıb"
"Ermənistanda keçirilən seçkilər müxalifət üçün ağır məğlubiyyət, ona dəstək verən Rusiyanın isə uzunmüddətli regional siyasətinin fiaskosudur".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Cənubi Qafqazda yeni siyasi transformasiya prosesi gedir və Moskva bu dəyişən geosiyasi reallığa uyğunlaşmaq istəmir:
"Rusiya Ermənistanda uğur qazana bilmir, çünki hələ də 1990-cı illərin siyasi yanaşması ilə hərəkət edir. Moskvanın region üzrə yeni və çevik siyasi strategiyası yoxdur. İrəli sürdüyü S. Karapetyan və R. Koçaryan kimi fiqurlar isə əsasən keçmiş Qarabağ məsələsinin siyasi ritorikasında ilişib qalıblar və cəmiyyətə gələcək vizyonu təqdim edə bilmirlər.
Məhz bu səbəbdən Rusiyanın Ermənistandakı siyasəti keçmişə bağlı qaldığı üçün dəyişən regional reallıq və gələcəyin siyasi tələbləri ilə uzlaşmadı".
Vasif
Digər Xəbərlər
15 Noyabr 2026 11:16
"Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
15 Noyabr 2026 11:10
İlham Əliyevin Mahmud Abbasa təbrik məktubu
15 Noyabr 2026 10:56
Azərbaycan XİN Fələstini təbrik etdi
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01
”Bakı və London münasibətləri yeni geosiyasi reallıqlara uyğunlaşdırılıb”
14 Noyabr 2026 11:26
“Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir”
14 Noyabr 2026 10:44


Bakı -°C

