adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Mart 2023 12:37
1151
MARAQLI

Yadplanetlilər yer kürəsinə gəlirlər...

News Fox yazır ki, Pentaqonun məmurlarının hazırladığı araşdırmalar layihəsi ilə bağlı layihədə başqa planetlərin yer kürəsinə mümkün missiyasını öyrənən NASA, bildirir ki, yadplanetlilər bizim Günəş sistemimizə daxıl ola və kiçik zondlar vasitəsi ilə yerə nəzarət edə bilərlər.

Sənəd Pentaqonun anomaliyaların araşdırılması idarəsinin direktoru Şon Kirkpatrik və Harvard universitetinin astranomiya kafedrasının müdiri Avraam Leb tərəfindən hazırlanıb. ABŞ Konqressi bununla bağlı NASA-ya tapşırıq verib ki, Yer kürəsinə yaxın 140 metr ölçüdən yuxarı bütün obyektlərin 90 faizi öyrənilsin.

2005-ci ildə bu məqsədlə yaradılmış Pan-STARRS teleskopları vasitəsiylə, 2017-ci ildə sonradan "Oumumuamua" adlandırılan qeyri-adi obyekt müsahidə etmişdi ( havay dilində kəşviyatçı deməkdir). Obyekt siqar formasında olub, Quyruğunda iz buraxmadan Günəş ətrafından uçub keçib. Alimlər buna görə obyektin süni yaradıldığını ehtimal edirlər.

"Süni yaradılmış ulduzlararası obyekt potensial olaraq bir çox kiçik zondlar buraxan, Yer kürəsinə yaxınlaşan, NASA- nın bu tip qurğularında o qədər də fərqlənməyən konstruksiyalar daşıyan aparıcı gəmi ola bilər"- deyə hesabatda bildirilir.

ABŞ Hərbi qüvvələrinin hərbiçiləri son vaxtlar daha çoz naməlum obyektlərin real təhlükələri ilə bağlı xəbərdarlıqlar edirlər. Bunların heç birinin hava şarları ilə əlaqələri yoxdur. Amerikan hərbiçilərinin çoxsaylı məlumatlarında bildirilir ki, naməlum obyektlər səs sürəti ilə hərəkət edə, hava durumundan asılı olmayaraq uzun müddət havadan asılı vəziyyətdə qala bilirlər. Onlarda müasir təyyarlərdən fərqli olaraq hər hansı bir mühərrik və fyuselyajla təmin olunması halları müşahidə olunmayıb.

P.S. Nədənsə, yadplanetlulərin daha çox Birləşmiş Ştatların hava məkanlarında müşahidə olunması barədə məlumatlar yayılır. Deyəsən yad planetlərdən gələnlər də bilirlər ki, yer kürəsində hər yeri qarışdıran şeytanlar ABŞ-da məskunlaşıblar. Ona görə də nə edəcəkləri planlarını oradan başlamaq istəyirlər.

Lenta,ru saytının materialları əsasında:

Rüstəm Hacıyev