Yağış, şimşək, güclü külək - FAKTİKİ HAVA
Bəzi rayonlarda yağış yağıb, şimşək çağıb, güclü külək əsib.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Belə ki, düşən yağıntının miqdarı Sədərəkdə 10, Şərurda 9, Naxçıvan, Şahbuz, Lerik, Tovuz, Balakən, Kəlbəcər, Culfa, Laçın, Füzuli, Zəngilan, Ordubad, Yardımlı, Cəlilabad və Yevlaxda 6 mm-dək təşkil edib.
Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Daşkəsəndə 20 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.
Digər Xəbərlər
27 Oktyabr 2026 16:44
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
27 Oktyabr 2026 16:06
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
27 Oktyabr 2026 15:31
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
27 Oktyabr 2026 14:34


Bakı -°C

