Yanğınla bağlı TƏBİB məlumat yaydı
Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğın zamanı heç bir xəsarət qeydə alınmayıb.
TƏBİB-dən Adalet.az-a bildirilib ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.
Qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Digər Xəbərlər
26 May 2026 20:47
Arayikgilin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTOLAR
26 May 2026 20:39
Azərbaycanda istehsal olunan mallar Ermənistana göndərildi
26 May 2026 16:58
“Azərpoçt”un adından dələduzluq: saxta SMS-lər göndərilir
26 May 2026 16:20


Bakı -°C

