Leyla Əliyeva “Yaşıl çay” fermer təsərrüfatında - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatında olub.
Adalet.az xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından tanış olub. Bildirilib ki, təsərrüfat Lənkəranın ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı xatirə şəkilləri çəkdirilib.
Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini əhatə edir. Bunun 55 hektarında çay plantasiyası salınıb. Ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli istehsalın inkişafına və regionda məşğulluğun artırılmasına töhfə verdiyi vurğulanıb, təsərrüfatın aqroturizm məkanı kimi potensialı xüsusi qeyd olunub.
Digər Xəbərlər
26 Iyun 2026 23:23
İsmayıllıda asma körpüdən istifadəyə görə kimlər ödəniş tələb edir? - VİDEO
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28


Bakı -°C

