YAP parlament seçkilərinə böyük uğurlarla gedir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt Tarix Muzeyində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, deputatlığa namizəd Mehriban Vəliyeva haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın bu seçkilərə böyük uğurlarla getdiyini deyərək partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. Mehriban Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün 44 saylı Sumqayıt şəhər üçüncü seçki dairəsindən deputatlığa namizəd Mehriban Vəliyeva Vətən müharibəsi şəhidi Ramiz Cəfərov və Eldar Abdullayevin ailəsini ziyarət edib.
Digər Xəbərlər
20 Sentyabr 2026 08:12
Dövlət Suverenliyi Günü müstəqilliyimizin təntənəsidir
20 Sentyabr 2026 07:10
Milli kimliyin təməl sütunu
18 Sentyabr 2026 15:50
Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu
18 Sentyabr 2026 10:19
20 sentyabr – Xocalı, Xocavənd və Ağdərənin yeni tarixinin başlanğıcıdır
18 Sentyabr 2026 10:10
Türk dünyasında təhlükəsizlik əməkdaşlığının yeni mərhələsi
18 Sentyabr 2026 08:12
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üçün yeni tarix
18 Sentyabr 2026 07:46
İslam dünyasına qarşı çağırışlar və birlik mesajı
18 Sentyabr 2026 07:44


Bakı -°C

