Yarım tona yaxın narkotik tərkibli bitki məhv edildi
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Pirəzə kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 400 kiloqramdan artıq olan 502 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Digər Xəbərlər
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52


Bakı -°C

