Yaşar Əliyev Fransanın destruktiv hərəkətləri ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb - FOTO
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev Fransanın Cənubi Qafqazdakı vəziyyətlə bağlı yalan bəyanatları ilə bağlı qurumun baş katibi Antonio Quterreşə məktub göndərib.
Məktubda qeyd olunub ki, Fransa nümayəndəyə heyəti BMT Təhlükəsizlik Şurasının 19 aprel 2024-cü il tarixli iclasında Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə bağlı əsassız və yanlış fikirlər səsləndirib.
“Maraqlıdır ki, bu şərhlər məhz Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası məsələsində nəzərəçarpacaq irəliləyiş əldə etdiyi günə təsadüf edib”, - deyə məktubda vurğulanıb.
Y.Əliyev bildirib ki, baş katib Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyaları arasında aprelin 19-da əldə edilmiş razılaşmaları alqışlayıb və qalan sahələr üzrə işlərin davam etdirilməsinə və münasibətlərin tam normallaşması üçün bütün ikitərəfli məsələlərin həllinə çağırıb.
“Fransa Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmamalı, regionda sabitliyi pozan fəaliyyətə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir. Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması, münaqişələrin qarşısının alınmasını təşviq etmək, konkret nəticələrə yönəlmiş normallaşma prosesinin təşviqi və regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini davam etdirməyə sadiqdir və qətiyyətlidir”, - deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin məktubunda qeyd edilib.
Digər Xəbərlər
07 Aprel 2026 11:37
Deputatlar bu məsələləri müzakirə edəcəklər
07 Aprel 2026 11:32
“SEPAH generalları ABŞ və İsraili beynəlxalq təzyiq obyektinə çevirməyə çalışır”
07 Aprel 2026 10:48
“Prezidentin Tiflisdə keçirdiyi görüşdə regional sülhün inkişafına hesablanıb”
07 Aprel 2026 09:25
Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşdı
06 Aprel 2026 20:33
“Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”
06 Aprel 2026 19:50
İlham Əliyevin Gürcüstana səfəri başa çatdı - FOTOLAR
06 Aprel 2026 18:55
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:55


Bakı -°C

