Yataqxanadakı yanğın söndürüldü
Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb. Yangın səhər saatlarında başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub. Məlumata görə, yangın binanın dam örtüyündə baş verib.
Adalet.az-ın əməkdaşı bina sakini Ağdam rayonundan məcburi köçkün Eldəniz Hüseynovla telefon əlaqəsi yaradıb. E. Hüseynov bildirib ki, yangın söndürülüb, qaz, işıq verilişi də qaydasındadır... .
Qeyd edək ki, adıgedən yataqxanada 29 ildir məcburi köçkünlər məskunlaşıb və yataqxana bərbad vəziyyətdədir.
Əntiqə Rəşid
Digər Xəbərlər
04 May 2024 14:37