"Yazdım ki, Vasif, səsini mənə göndər, narahat qalmayım"
Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralananlardan biri də Vasif Naqif oğlu Tağıyevdir. O, əliyalın olmasına baxmayaraq silahlı terrorçunu zərərsizləşdirə və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.
Adalet.az xəbər verir ki, Sfera.az-ın əməkdaşı qəhrəmanımızın anası Təranə Tağıyeva ilə həmsöhbət olub.
V.Tağıyevin anası övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını deyib: “Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü həyəcan keçirmişəm. Vasifin oradakı yoldaşı güllə yarasından vəfat etdi, buna görə pis olduq. Həm də övladımın o vəziyyətdə olması məni qorxutdu. Səfirliyin binasında işçilərin ailələri də yaşayır, Vasif bu hərəkəti etməsəydi, əlində avtomat olan şəxs onların hamısına zərər verəcəkdi, bəlkə də... Bayaqdan gözlərimin yaşı dayanmır. Balalarımız yazıqdır, heç birinə heç nə olmasın. Bir ana kimi Vasiflə həm qürur duyur, həm də ona dua edirəm”.
T. Tağıyeva artıq oğlu ilə əlaqə yaratdığını bildirib: “Vasif indi həkimlərin nəzarətindədir, üzündən yaralanıb. İnşallah vəziyyəti düzələr, evinə dönər. Özü ilə bir dəfə əlaqə saxladıq. Yazdım ki, Vasif, səsini mənə göndər, narahat qalmayım. “Ana, yaxşıyam, narahat olma”, desə də, cavabı məni qane etmədi. Oğlumla görüntülü danışmaq, bu bəladan necə qutardığını görmək istədim. Danışdıq, gördüm ki, üz-gözü, üst-başı qanın içindədir. Bir anlıq elə bildim ki, güllə yarasıdır, amma Vasif elə olmadığını dedi. Bilmirəm, yalan deyir ya yox, amma əsas odur ki, səsini eşitdim”.
Digər Xəbərlər
27 Sentyabr 2026 00:00
Azərbaycanda Anım Günüdür
26 Sentyabr 2026 20:30
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
26 Sentyabr 2026 19:45
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
26 Sentyabr 2026 19:20
Prezident və ailəsi "Formula 1"də - FOTOLAR + YENİLƏNİB
26 Sentyabr 2026 16:46
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
26 Sentyabr 2026 12:37
FHN Formula 1 üçün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib - VİDEO
26 Sentyabr 2026 09:41
"Dinin məktəbdə nə işi var?"
26 Sentyabr 2026 09:10


Bakı -°C

