Yeni klinikadan jurnalistlərə çağırış
"Ürəyində cüzi də olsa narahatlıq hiss edən media mənsublarını "Yeni klinika"da tətbiq olunan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz həkim kardioloqlarımızın məsləhəti ilə kardio müayinələrdən keçməyə dəvət edirik".
Adalet.az xəbər verir ki, "Yeni klinika"nın şöbə müdiri Nuridə Allahyarova bu barədə çağırış edib.
"Əziz həmkarlar, dəyərli media mənsubları! Son zamanlar jurnalist dostlarımızın kəskin ürək çatışmazlığı diaqnozu ilə qəfil dünyalarını dəyişməsi, "Yeni klinika" komandası olaraq bizi də sarsıdan xəbərlər sırasındadır. Bəzən stres altında öz peşə borclarını layiqincə yerinə yetirməyə çalışan həmkarlarımız həyatın tələsən ritmində ürəklərini incidirlər.
Odur ki, ürəyində cüzi də olsa narahatlıq hiss edən media mənsublarını "Yeni klinika"da tətbiq olunan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz həkim kardioloqlarımızın məsləhəti ilə kardio müayinələrdən keçməyə dəvət edirik. Maraqlanan hər bir həmkarımızdan rica edirəm ki, mənimlə əlaqə saxlasın. Mənfur düşmənə qarşı informasiya savaşımızın qəhrəmanları, siz bizə lazımsınız! Azərbaycan üçün sağlam olun! Dualarımız regionda sülhü bərqərar etmək üçün terror əleyhinə əməliyyatlarda iştirak edən ordumuzladır!".
Emin
Digər Xəbərlər
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28 Sentyabr 2026 09:36
Bu içki qaraciyəri qoruyurmuş
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14


Bakı -°C

