adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Noyabr 2022 12:59
575
MEDİA

“Yeni Müsavat” 33 yaşını qeyd edir

«Musavat» qəzetinin qurucusu, indiki baş redaktoru və «Yeni Musavat» media qrupunun təsisçisi Rauf Arifoğluna.

Hörmətli Rauf bəy!

Bu gün Azərbaycan media məkanında özünəməxsus yeri olan «Yeni Musavat» qəzetinin 33 yaşı tamam olur. Bu münasibətlə sizi və qəzetin kollektivini, eləcə də oxucularını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, yaradıcılıq uğurları arzu edirik. Yarandığı gündən siyasi arenada öz sözü, öz dəsti-xətti olan «Yeni Musavat» qəzeti böyük oxucu auditoriyası qazanmış, söz azadlığının mövcudluğuna və davamlı olmasına bariz nümunə kimi özünü ifadə edə bilmişdir. Qəzetin dövrün, zamanın tələbinə uyğun şəkildə oxucu qarşısına çıxması həmişə təqdirəlayiq olub və onun sevilməsində müstəsna rol oynayıbdı. Azərbaycan həqiqətlərini, reallığını, Azərbaycan naminə atılan addımları, dövlətçiliyimizin qorunması və torpaqlarımızın bütövlüyü uğrundakı savaşımızı gerçək müstəvidən işıqlandırmaqla «Yeni Musavat» bir daha göstərdi ki, Azərbaycan onun ərazi bütövlüyü hər şeydən önəmlidir.

Bu gün 33 yaşını qeyd edən «Yeni Musavat»ın keçdiyi yol da, bugünkü fəaliyyəti də mətbuat tariximizdə öz əksini tapıb və tapacaqdır. Odur ki, həmkarlarımıza bu yolda daha böyük uğurlar diləyirik.

Hörmətli Rauf bəy!

Bir daha sizi və bütün «Yeni Musavat»çıları 33 yaşınız tamam olması münasibətilə ürəkdən təbrik edərək, 100 yaşayın!- deyirik.

Hörmətlə, Aqil Abbas və qəzetin kollektivi