06 Sentyabr 2022 09:24
1279
ŞOU-BİZNES

Yeni rolu üçün çəkisini 270 kiloya çatdıran aktyorun son halı - FOTOLAR

3 dekabr 1968-ci il təvəllüdlü ABŞ-ın Kanada əsilli məşhur aktyoru Brendan Fraser, 1999-ci ildə oynadığı “Mumya” adlı filmlə özünü macəra filmi sevərlərin yaddaşına  yaza bildi.

O, "Mumya" serialındakı Riko Konnell obrazından sonra arda-arda film təklifləri alaraq yaradıcılığını genişləndirdi. Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, amerikalı aktyor Brendan Freyzer "Balina" filmi ilə tamam fərqli insan olub. 53 yaşlı amerikalı aktyor filmdə “obez” rolunu oynamaq üçün çəkisini 270 kiloya çatdırıb. Filmdə “obezite” xəstəsi (piylənmə, artıq çəki) olan və 17 yaşlı qızı ilə yenidən əlaqə saxlamaqda çətinlik çəkən bir adamı canlandırır.

Məhz bu roluna görə, Freyzer 79-cu Venesiya Film Festivalında nümayiş etdirilən filmindəki performansı ilə 6 dəqiqə ayaqda alqışlanıb.
Qeyd edək ki, 1996-2008-ci illərdə özü kimi aktyor Afton Smitlə evli olan Brendan Freyzerin bu birlikdən Qriffin Artur, Leland Frensis və Holden Fletçer adlı üç övladı var.

 

Brendan Fraser rolü için 270 kilo oldu! - Magazin haberleri

 

 

 

Brendan Fraser rolü için 270 kilo oldu! - Magazin haberleri

 

 

Brendan Fraser rolü için 270 kilo oldu! - Magazin haberleri

 

Brendan Fraser First Look At Transformation In New Movie 'The Whale'

 Əntiqə Rəşid