Yol hərəkəti xüsusi diqqət tələb edir! - DYP-dən müraciət
"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir".
Adalet.az xəbər verir ki, bu, Bakı Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur:
"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik olan hava şərtlərini diqqətdən qaçırmamaq şərti ilə bir daha səfərə hazırlaşan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir".
Digər Xəbərlər
11 Mart 2026 17:58
Əli Əsədov daha bir qərar imzaladı
11 Mart 2026 16:21
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin qaydaları təsdiqləndi
11 Mart 2026 14:36
AQTA: Gələcəkdə bütün xidmətlər vahid elektron platforma ilə göstəriləcək
11 Mart 2026 13:38
“Vətən qoruyucuları” cildində üzərimə hücum çəkiblər! - Elxan Şükürlü yazır
11 Mart 2026 13:32
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR
11 Mart 2026 12:25
"Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm" - Komitə sədri
11 Mart 2026 11:31
“AzerGold” QSC-də “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib
11 Mart 2026 09:36


Bakı -°C

