Yol polisi piyada və sürücülərə müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) piyada və sürücülərə müraciət edib.
Adalet.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətliliyin əsaslı şəkildə hiss olunduğunu bildirib.
“Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarıb. Bu isə qabaqlayıcı tədbirlərin təxirə salınmadan icrasını zəruri edib.
Gecə saatlarında piyada səkilərini zəbt edən, yüksək səslə ətrafdakı insanların istirahətini pozan sürücülər, eləcə də bəzən hərəkət sürətini şəhərdaxili yollarda artıran, lüzumsuz, bəzən də qadağan olunmuş səs siqnallarından istifadə edən, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə idarəetmə halları artıb. Eləcə də avtomobillərdə konstruksiya dəyişiklikləri, əlavə avadanlıqlar etməklə müdaxilələr və sair neqativ halların aşkarlanması ümumi ictimai asayişə mənfi təsir göstərməklə yanaşı, piyadavurma və digər formalarda qəza şəraiti yaradan vəziyyətləri də artırıb. Bu növ halların qarşısının alınması məqsədilə DYP gecə xidmətlərinin say həddini artırmaqla gücləndirilmiş qaydada xidməti təmin etməyə başlayıb. Vətəndaşlarımızdan ictimai asayişə, yollardakı hərəkət təhlükəsizliyinə, nəzərdə tutulan qaydalara məsuliyyətli yanaşmağı, qanunsuz hərəkətlərdən çəkinməyi, özünün və ətrafdakı insanların sərbəst hərəkətlərinə, istirahət hüquqlarının pozulmaması üçün çətinlik yaratmamağı, nizamlı və intizamlı olmağı, məsuliyyətsizlik zəminində haqlı narazılıq və narahatçılıq yaradan hallara yol verməməyi xahiş edirik!”, - o qeyd edib.
Digər Xəbərlər
16 Sentyabr 2026 11:03
Azərbaycanda bu bələdiyyələrin adlarının dəyişdirilməsi təklif olunur
16 Sentyabr 2026 10:17
Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdama gəliblər
16 Sentyabr 2026 10:16
FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi - VİDEO
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin” - İlham Əliyev
15 Sentyabr 2026 16:16


Bakı -°C

