05 Sentyabr 2025 17:34
175
HADİSƏ

Yol qəzasından sonra baş verən insidentlə bağlı AÇIQLAMA

Ötən gün paytaxtın Nərimanov rayonunda avtomobil yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən qadını vurub.

Adalet.az xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb

Hadisədən sonra maşının sürücüsü ilə qadının yanında olan şəxs arasında dava baş verib. Dava-dalaş ətrafdakı şəxslərin köməyi ilə o sakitləşdirilib.

Hadisə ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub. 

O qeyd edib ki, aparılan araşdırmalarla “Toyota” markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib: "Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.