Yurdun təəssübkeş oğlu: Şəhid Əşrəf Əşrəfov zirvəsi
Birinci Qarabağ müharibəsindən 30 ildən də artıq vaxt keçməsinə baxmayaraq , hələ də elə şəhidlərimiz var ki, onun haqqında nə sosial şəbəkələrdə , nə də mediamızda heç bir məlumat yoxdu. Yaxud da o qədər azdır ki, gözə çarpmır!
Bu çox ədalətsiz və utancverici bir haldır ki, şəhidlərimizin tanıdılması, vətənpərvərliyin təbliği hələ də düzgün qurulmayıb. Bu işdə təbliği sıfır olan şəhidlərin yaxınlarının da böyük günahı var. Hazırda hər kəsin istənilən mövzuda danışacağı bir platforması olduğu halda bir çox şəhidlərimiz haqqında, ümumiyyətlə, heç bir məlumata, hətta sosial şəbəkələrdə belə bir cümləlik xatırlatmaya da rast gəlmədik. Qeyd etdiyim kimi, bunun ilk günahkarları şəhidin yaxınları, ikinci günahkarı isə şəhidin doğulub böyüdüyü kəndin ziyalı qismidir. Axı, niyə kəndin qəhrəman oğlu haqqında heç bir məlumatı sosial şəbəkədə paylaşmayıblar? Bu şəhidimizə biganəlikdir axı?
Demək olar ki, 1 həftədir bütün növ sosial şəbəkələri “ələk-vələk” edirəm, amma Ağdam rayon Qızıllı Kəngərlidən olan şəhid Əşrəf Əşrəfov haqqında bir cümləlik yazılı məlumata rast gəlməmişəm. Düzü , Facebook sosial şəbəkəsində “Lerik Tanıtım Səhifəsi” olmasaydı heç mən də bilməyəcəkdim ki, Ağdamın Əşrəf Əşrəfov adlı bir şəhidi var. Bu çox ayıb bir nüansdır. Hanı o kəndin yetirməsi olan jurnalistlər, şairlər, publisistlər? Niyə hazırkı onlayn mediada niyə şəhidimizin adına, fəaliyyətinə işıq salacaq məqalələr?
“Lerik Tanıtım Səhifəsi”nin admini məndən ağdamlı olaraq şəhidimizlə bağlı məlumat toplayıb onlara verməyimi xahiş edərkən çoxdan tanıdığım və həmin kənddən olan rəfiqəm Sadə Nəsibovaya üz tutdum. Sadə xanım bildiyi məlumatları mənə atdı, mən də onları bir yerə toplayıb, bu məqaləni hazırlamağa başladım.Məlumatlar dolğun olmasa belə...
Amma kimsə şəhidimiz Əşrəfi daha yaxından tanıyırsa, daha ətraflı məlumatlar verə bilərsə, onu da bu məqaləyə əlavə edə bilərəm.
İndi isə ürəyimdəki təəssüf hissi ilə şəhid Əşrəf Əşrəfov haqqında məlumatları diqqətinizə çatdırıram.
Əşrəf Qaraş oğlu Əşrəfov 22 iyun 1972-cü ildə Ağdam rayonu Qızıllı Kəngərli kəndində anadan olub. 1978-ci ildə həmin kəndin 8 illik orta məktəbinə daxil olub. Natamam orta məktəbi bitidikdən sonra təhsilini 36 saylı texniki peşə məktəbində davam etdirir və kəndinin inkişafında rolu olmaq üçün Əşrəf burada avtomobil sürücüsü ixtisasına yiyələnir.
( Yeri gəlmişkən bir çoxlarının bu məktəblə bağlı bilgisi olmadığı üçün araşdırmaçı jurnalist Orxan Zakiroğlunun məqaləsinə müraciət edək: “1965-ci ildə yaranmış Ağdam 36 nömrəli orta texniki-peşə məktəbi Ağdam, Xaçınçay (Xaçınstroy)qəsəbəsində yerləşib. 1975-ci ildə 136 nömrəli Ağdam kənd texniki-peşə məktəbi kimifəaliyyətini davam etdirib.Kənd təsərrüfatında işləmək üçün kadrlar hazırlayan məktəbdə(traktorçu, üzümçülük ustaşı, krançı, mexanizator, baytarlıq, qaynaqçısı, çilingər avtomobil sürücüsüsü hazırlanıb.)
1990-cı ildə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə hava hücumundan müdafiə üzrə kurs keçir.Kurs bitdikdən sonra Mingəçevir ərazisindəki N saylı hərbi hissədə xidmətə başlayır.
1991-xi ilin iyun-iyul ayında hərbi hissə dağılır və Əşrəf milli özünü müdafiə dəstəsində ermənilərə qarşı döyüşlərə atılır. 1992-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak edir. 1993-cü ilin 19 iyun ayında Əşrəf Əşrəfov qəhrəmancasına həlak olur. Döyüş dostlarının verdiyi məlumata görə düşmən snayperi onu başından vurmuşdu.
Dəqiqləşdirə bilmədim ki, Ə.Əşrəfov hansı hərbi hissənin döyüşçüsü olub. Onu tanıyanlardan, bir cəbhədə döyüşənlərdən xahiş edirik ki, bu haqda bizim sosial şəbəkə hesabımıza məlumat versin.
Əntiqə Rəşid