"Yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq" - İcma sədri
"Qərbi Azərbaycan İcması olaraq biz, doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq. Təşkilatımız 1989-cu ildən bəri fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir".
Adalet.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, deputat Əziz Ələkbərli “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Xüsusilə 2022-ci ilin dekabr ayında İcmamızı ziyarət edən Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırıb. Prezident İlham Əliyevin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir", - deyə Ə.Ələkbərli qeyd edib.
Digər Xəbərlər
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28
Zahid Oruc: ”Onun sözü gələcək Azərbaycan imperiyasının himni olacaq”
11 Dekabr 2025 18:30


Bakı -°C

