Zakir Həsənov İran HDQ komandanını qəbul etdi - FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İran İslam Respublikası Ordusunun HDQ Günü münasibətilə qonağı təbrik edib. Müdafiə naziri Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən kontr-admiral Ş.İrani ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. HDQ komandanı belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
28 Aprel 2026 09:43
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı
27 Aprel 2026 19:39
İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləsi işlər çoxdur
27 Aprel 2026 19:39
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
27 Aprel 2026 19:31
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi - YENİLƏNİB
27 Aprel 2026 19:02
Türkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəldi - FOTOLAR
27 Aprel 2026 17:27
Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur - İlham Əliyev
27 Aprel 2026 17:20
Qafarova sudanlı səfirlə parlamentlərarası əməkdaşlığı müzakirə etdi
27 Aprel 2026 17:10


Bakı -°C

