adalet.az header logo
  • Bakı -°C
28 Aprel 2026 09:34
81
İDMAN
A- A+

Çempionlar Liqasında erkən final

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

Turnirin son qalibi, Fransanın PSJ klubu öz meydanında Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək. Erkən final adlandırılan oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Yarımfinalın digər qarşılaşmasında sabah “Atletiko” ilə “Arsenal” üz-üzə gələcək.