adalet.az header logo
  • Bakı -°C
28 Aprel 2026 10:43
77
İDMAN
A- A+

Futbolda sarı kart ləğv edir?

FİFA futbolçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün DÇ-2026-nın qrup mərhələsindən sonra bütün sarı vərəqələrin ləğv edilməsini nəzərdən keçirir.

Adalet.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Bu il ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə toplanmış sarı vərəqələrə görə cəzalarla bağlı yeni qaydaların Vankuverdə keçiriləcək FIFA Şurasının iclasında müzakirə edilməsi gözlənilir. 

Nəşrin yazdığına görə, bu, 32 komandanın əvəzinə 48 komandanın iştirak etdiyi genişləndirilmiş Dünya Kuboku olduğundan FIFA daha çox cəzanın qarşısını almaq üçün qaydaları dəyişdirməyi planlaşdırır.