adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 17:55
74
İDMAN
A- A+

Mbappe zədələndi

"Real Madrid"in hücumçusu Kilian Mbappe sıradan çıxıb.

Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fransalı hücumçu La Liqanın 33-cü turunun "Betis"lə matçında (1:1) ayaq əzələsindən zədə alıb. 27 yaşlı forvardın yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, Mbappe "Real"ın heyətində meydana çıxdığı 41 matçda 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.