"Siti"nin ulduzu sərxoş halda restoranda yatdı - FOTO
"Mançester Siti"nin və "Everton"un keçmiş ulduzu Cek Qriliş restoranların birində davranışı ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, Qriliş dostları ilə bir məkanda həddindən artıq spirtli içki qəbul etdikdən sonra yuxuya gedib. Ətrafdakı insanlar onun bu halını lentə alıblar.
Sosial mediada paylaşılan görüntülər tez bir zamanda yayılıb. Qrilişin görüntüləri futbol azarkeşləri arasında müxtəlif reaksiyalara səbəb olub.


Bakı -°C

