Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Boston Consulting Group”un (BCG) İdarəedici direktor və Baş partnyoru, eləcə də BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə rəhbəri Matias Tauber ilə görüş keçirib.
Zakir İbrahimov Cəmiyyətin fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nəticələr və qarşıya qoyulan strateji məqsədlər barədə ətraflı məlumat verib. O, “AzerGold” QSC ilə BCG arasında həyata keçirilən birgə layihələrin nəticələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə aparılan təhlil və qiymətləndirmələrin şirkətin fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
İdarə Heyətinin sədri, həmçinin “AzerGold”un əməliyyatlarının yerli qanunvericiliyə və beynəlxalq ekoloji standartlara uyğun şəkildə təşkil edilməsi, müasir texnologiyaların tətbiqi və istehsalatın qlobal bazar çağırışlarına uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb.
Öz növbəsində Matias Tauber Azərbaycanda dağ-mədən sənayesinin neft-qaz sektoruna nisbətən daha yeni istiqamət olmasına baxmayaraq, “AzerGold” QSC-nin qısa müddətdə bu sahədə əldə etdiyi mühüm nailiyyətləri yüksək qiymətləndirib. O, Cəmiyyətin yeni əlvan və qara metal yataqlarının istismarında beynəlxalq standartlar və ekoloji tələblərin tətbiqinə xüsusi önəm verməsini region miqyasında qabaqcıl təcrübə nümunəsi kimi dəyərləndirib.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşdirilməsi və birgə təşəbbüslərin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
08 Dekabr 2025 19:15
Bratislava-Bakı birbaşa aviareysi AÇILA BİLƏR
08 Dekabr 2025 17:04
AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edildi
08 Dekabr 2025 16:54
Bu Şuraya yeni üzvlər təyin edildi
08 Dekabr 2025 15:21
Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq
08 Dekabr 2025 12:17
Azərbaycanda bu şəxslərə 8 min manatlıq müavinət veriləcək
08 Dekabr 2025 11:39
11 ayda icmal və dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Dekabr 2025 11:36
Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
08 Dekabr 2025 10:57


Bakı -°C

