Zaqatalada DƏHŞƏT: Qadın küçədə qətlə yetirildi - YENİLƏNİB
Noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Zaqatala rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
Zaqatala rayonunda qadın öldürülüb, saxlanılan var.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Zaqatalada qadın qətlə yetirilib.
Adalet.az xəbər verir ki, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala rayon Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.
Digər Xəbərlər
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
09 Iyul 2026 12:25
Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
08 Iyul 2026 17:48
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi - VİDEO
08 Iyul 2026 13:48
İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alındı
07 Iyul 2026 13:31


Bakı -°C

