Zas Paşinyanla görüşmək istəmədi, yoxsa Paşinyan Zasla? - Açıqlama
Hazırda həm Rusiya, həm də erməni mediasında bir mövzu gündəm olub.
Xəbər verdiyimiz kimi, KTMT-nin baş katibi Stanislav Zas Ermənistanda səfərdə olub. Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, Ermənistan-Azərbaycan sərhədinə baş çəkib. Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib. Zas orada yerli rəsmilər və hərbçilərlə görüşüb.
Bütün erməni ictimaiyyəti Ermənistan mediasına inanaraq səfər zamanı baş nazir Nikol Paşinyanın qəsdən Zasla görüşmədiyini iddia edir.
Rusiya mediası isə Zasın Paşinyanla görüşmək istəmədiyini dilə gətirib.
Adalet.az xəbər verir ki, anlaşılmamazlıq KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlamasından sonra çözülüb. Zaynetdinov bildirib ki, Zas Paşinyanla ona görə görüşə bilməyib ki, həmin vaxt Ermənistan baş naziri BMT Baş Assambleyasında olub.
Qeyd edək ki, KTMT-nin baş katibi Stanislav Zas Ermənistanda olarkən artıq Ermənistanda Rusiyaya qarşı etiraz aksiyaları başlamışdı
Aksiyada iştirak edən ermənilər Rusiyaya qarşı şuarlar səsləndirirlər, rusafob ifadələr işlədirdilər. Həmçinin ermənilər aksiya zamanı təhqirlərə də yol verirdilər.
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Sentyabr 2026 22:10
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü
23 Sentyabr 2026 21:00
Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu - VİDEO
23 Sentyabr 2026 20:00
Hindistan meymunların hücumunda - Daha bir nəfər öldü
23 Sentyabr 2026 19:46


Bakı -°C

