Zaxarova Azərbaycan komandolarının paradda iştirakından danışdı
Azərbaycan Silahlı Qüvvələrinin Komando Briqadası Moskvada İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş Qələbə paradında möhtəşəm iştirakı ilə hər kəsi sevindirib.
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. O, Bakıdan olan parad bölməsinin bu günü hər kəslə bölüşmək, özünün möhtəşəm iştirakı ilə onu tamamlamaq və faşizmə qarşı döyüşən veteranların, o cümlədən azərbaycanlıların xatirəsini ehtiramla yad etmək üçün Moskvaya gəldiyini vurğulayıb.
Diplomat qeyd edib: “Biz həqiqətən də şadıq ki, bu gün Azərbaycan vətəndaşları, Rusiyada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlılarla əcdadlarımızın tarixi xatirəsinə və şücaətinə hörmətimizdə həmrəyik”.
İkitərəfli əlaqələrdən danışan RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Bakı ilə qarşılıqlı fəaliyyətin əsasını 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə təşkil edir: “Öz tərəfimizdən ikitərəfli münasibətlər üzrə bu əsas sənədin bütün potensialının ardıcıl olaraq aşkara çıxarılmasına, qarşıya çıxan bütün məsələlərin birlikdə, yüksək səviyyədə, qarşılıqlı hörmət əsasında həllinə sadiqik. Hökumətlər və xarici siyasət qurumları arasında bir sıra yüksəksəviyyəli təmaslarımız mövcuddur”.
Digər Xəbərlər
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31
Kiyevdə elektrik sutkada 16 saat kəsilir
06 Noyabr 2026 10:41
Trampdan Demokratlara mesaj
06 Noyabr 2026 10:33
Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
06 Noyabr 2026 09:53
"Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər" - Pankin
06 Noyabr 2026 09:27
İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
05 Noyabr 2026 23:46
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
05 Noyabr 2026 23:25


Bakı -°C

