Zaxarova Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə: “Biz plan üzrə gedirik”
“Brüssel və Vaşinqton əvvəllər İrəvan və Bakı arasında danışıqlarda xüsusi fəallıq göstərmirdilər, indi isə vəziyyət dəyişib”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə NEWS.ru portalının sualını cavablandırarkən deyib.
Onun fikrincə, tərəflər sülh yolu ilə nizamlanma üçün “səmimi olmalıdırlar”.
“Kənardan tətbiq edilən sülhsevər düsturlar, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq olunanlar heç zaman yaxşı heç nəyə gətirib çıxarmayıb. Eyni zamanda, Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşmasına çalışır və üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz yol xəritəsi hesab edir”, - Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, işlər plan üzrə gedir və tərəflərin yanaşmalarının yaxınlaşması, balanslaşdırılmış həll yollarının hazırlanması Moskva üçün prioritet olaraq qalır.
Digər Xəbərlər
25 Sentyabr 2026 20:04
Nazir İƏT iclasında çıxış etdi - Ermənistanla sülhdən danışdı
25 Sentyabr 2026 20:00
Ceyhun Bayramovun sədrliyi ilə TDT XİN Şurasının iclası keçirildi
25 Sentyabr 2026 19:52
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edəcək - Növbəti iclasın tarixi və gündəliyi
25 Sentyabr 2026 19:12


Bakı -°C

