adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2022 15:52
935
ELM VƏ TƏHSİL

ZƏFƏRİMİN TƏNTƏNƏSİ – "ŞUŞA İLİ"

Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşanın azad olunduğu gün tariximizə qızıl hərflərlə yazıldı.  Strateji əhəmiyyətli Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tarixə yazıldı. Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Şuşa fatehləri, qazilərimiz, şəhidlərimiz Azərbaycan xalqının qəhrəman oğulları kimi hər zaman xatırlanacaq.

 2022-ci ildə  Şuşanın 270 illiyi qeyd olunacaq.  Bu ilin həm də “Şusa ili” elan edilməsi qədim şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasını, əvvəlki gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasını, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsini təmin edəcək. 2022-ci iln “Şusa ili” elan edilməsi respublikamızın hər bir guşəsində, xüsusilə tədris müəssisələrində böyük təntənə ilə qeyd edilir.  Cəbrayıl rayon, Milli qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbdə "Zəfərimin təntənəsi Şuşa ili" adlı  tədbir də məhz  bu ələmətdar hadisəyə həsr olunmuşdu. Bayramsayağı bəzədilmiş akt zalında baş tutan toplantıda iştirak edənlər arasında məktəbin adını daşıyan K. Məmmədovun anası Dursun Balakişiyeva, bacısı Şamama Məmmədova, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Cəbrayıl Rayon Sektorunun müdiri Zamiq Qurbanov, Aydın Bəyişov, Alim Babayev, tarixçi, yazıçı-publisist Vaqif Rüstəmov, yazıçı Sevinc Rza, Xətai rayon Mərkəzi Kitabxananın şöbə müdiri Təranə Quliyeva və digərləri də vardı, bu  hörmətli qonaqlar məktəblilərin “Şuşa ili“ ilə bağlı hazırladıqları ədəbi bədii proqramı izləməyə gəlmişdilər.  Məktəbin direktoru Nuriyyə Ağayeva hamını salamlayaraq qonaqları iştirakçılara təqdim etdi və ”Zəfərimin Təntənəsi Şuşa ili” adlı tədbiri açıq elan etdi. Aparıcılar - Züleyxa Mehrəliyeva, Pünhan İbrahimli bütün iştirakçıları salamladıqdan və tədbir haqqında ümumi məlumat verdikdən sonra himn səsləndi. Sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

İştkirakçılara söz verməzdən əvvəl aparıcılar tarixə qısa ekskurs edərək iştirakçıları iki il əvvəl baş verən unudulmaz günlərə apardılar:” Bayraqları bayraq yapan üstündəki qandır.

 

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

 

Bu məşhur misralar artıq illərdir ki, Azərbaycan xalqının dilindən düşmür, zərb-məsələ, atalar sözünə, aforizmə, ehkama çevrilmişdir. Düz otuz ildir ki, Qarabağla bağlı ağrımız, acımız acı bağırsaq kimi uzanırdı. Başda BMT, ATƏT olmaqla heç bir beynəlxalq təşkilat bizə məlum problemimizin həllində kömək etmədi, və ya etmək istəmədi. ATƏT-in Minsk qrupu bu problemi düz 30 il həll etmək əvəzinə, həll etməməyə çalışdı. Yalnız Fateh Prezidentimiz İlham Əliyev “Dəmir yumruğ”unu qaldırandan sonra müzəffər Azərbaycan Ordusu sürətlə əks-hücuma keçdi, düşmənləri torpağımızdan iti qovan kimi qovdu. ”Digər aparıcı da onun sozlərinə dəstək verərək bunları ələvə etdi: ”Bu haqq savaşında bizə ən böyük mənəvi dəstək qardaş Türkiyədən gəldi, Pakistan səsimizə səs verdi. 30 illik problem 44 gün ərzində Milli Ordumuzun qələbəsi ilə həll olundu. Sonra rayonlarımızın işğaldan azad olunduğu tarixlər sadalandı.

Züleyxa incə və təsirli səsi ilə hamını qururlandıran sözləri şeir dili ilə çatdırdı:

 

Aşiqəm, candan sevirəm, can Vətənimdir.

 

 

 

 Mənə candan da əziz Azərbaycan Vətənimdir!

 

Pünhanın fəxrlə söylədiyi  “Yaşasın bütov Azərbaycan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sədaları qururla səsləndi. Məktəblilərin iştirakı ilə hazırlanan “Qarabağ Azərbaycandır” flaşmobu iştirakçılar tərəfindən maraqla izlənildi. Sonra şagirdlər İ. Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərindən hazırladıqları  bir parçanı məharətli oyun nümayiş etdirərək təqdim etdilər.

 

Elmira - Yeni tarix yazdılar hər qayaya, hər daşa,

Azadlığın mübarək, boyun mübarək, Şuşa!

 

Çinarə - Yenə çal- çağır olsun, dolsun İsa bulağı,

Hüsnünə heyran eylə, gələn görən qonağı.

 

Züleyxa-Yeni qışın mübarək, yayın mübarək, Şuşa.

Azadlığın mübarək , toyun mübarək, Şuşa.

 

Pünhan- Dalğalansın səmanda daim qürurla, qoşa,

Azadlığın mübarək, toyun mübarək, Şuşa!

 

   “Qarabağ” mahnısından sonra səhnəyə II sinif şagirdləri gəldi. Günay və  Səlimin dediyi şeirlər alqışlarla qarşılandı. Növbə “Bədii qiraət” dərnəyinin üzvlərinə çatdı. Aynur, Aysel, Sara, Elmira, Çinarə, Fatimə, Fəridənin ifasında bir-bilrindən gözəl, mənalı şeirlər alqışlarla qarşılandı və hamını mütəəssir etdi.

 

 Şəhidlər  şərəf, qeyrət, ucalıq zirvəsidir!

 Şəhidlər azadlığın od – şimşək zərrəsidir!

 

 “Xudayar”  təsnifi də duyğulu anlara səbəb oldu. II sinif şagirdi Fatimənin söylədiyi şeir  maraqla qarşılandı. Söz  VII sinif şagirdlərinə verildi. Xalq şairi S.Rüstəmin “Azərbaycana gəlsin” şeiri uzun illər əvvəl yazılsa da sanki günümüzün reallıqlarını əks etdirirdi.

 

Vətənimin seyrinə çağırıram elləri,

Sərvət görmək istəyən Azərbaycana gəlsin.

 

Zəfərimin təntənəsi- Şuşa ili” adlı ədəbi bədii tədbir “Yasa Azərbaycan“ manhısı və “Qarabağ Azərbaycandır“ sədaları ilə başa çatdı.

Məktəbin  direktoru Nuriyyə xanım Ağayeva qeyd etdi ki, bu tədbir digər toplantılardan məzmunu  ilə seçildi. Şagirdlərin çıxışı zamanı hər kəsin üzündə təbəssüm, sevinc göründü: ”Hamılıqla bu tədbirə böyük sevinc və həyacan hissi ilə  hazırlaşırdıq. Çünki, artıq biz 30 ildir qəlbimizdə daşıdığımız nisgildən qurtulduq, ən böyük  arzumuza çatdıq. Tezliklə bu tədbirləri doğma torpaqlarımızda, Cəbrayılda da keçirəcəyik. O zaman Cəbrayıl da, güllü- çiçəkli Böyük Mərcanlı kəndi də sevinc nuruna bələnəcək. Çünki, bu torpaqların əsil sahibləri artıq qayıdıb“.  Direktor sözünü tamamlayıb  çıxış üçün ilk sözü  tarıxçi alim Vaqif Rüstəmova verdi. Ürək sözlərini dilə gətirən tarxçi alim bildirdi ki,  Şuşa ilinə həsr olunmuş bu təntənəli mərasimi həyacansız dinləmək mümkün deyildi": Bu ədəbi bədii kompazisiyaya görə məktəbin rəhbərliyinə, Nuriyyə Ağayevaya, müəllim kollektivinə, və eyni zamanda bu tədbirdə iştirak edən şagirdlərimizə təşəkkürümü bildirirəm, sağ olun, siz varsınız deyə  Azərbaycan tarixinin zəfər qələbəsi tarixə qızıl hərflərlə yazılacaq. Şuşa ili çox əziz  bayramlar ərəfəsində qeyd olunur. Sözsüz ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Panahəli xan tərəfindən qoyulmuşdu. Onun 270 illiyini bu il təntənə ilə qeyd edirik. Eyni zamanda Panahəli xanın yadigarı Xurşudbani Nətəvanın doğum gününün 190 illiyi də Şuşanın zəfər günlərinə ayrı bir təntənə əlavə edib. Və nəhayət qələbəmizin zəfərini qürurla yaşayırıq. Eyni zamanda, bu zəfər ili tariximizin ən müqəddəs anlarından olan Xalq Cumhuriyyətinin qələbəsinin 104 ili ərəfəsində keçirilir. Bu Azərbaycan xalqı üçün olduqca zəngin və qiymətli tarixdir. Azərbaycan ordusu zəfərlərə yol açan türk dünyasının ən böyük ordusundan biridir. Və bu ordunu qurduğuna görə ulu öndər Heydər Əliyevə və ali baş komandanımıza böyük minnətdarlığımı bildirirəm. Mən yazdığın kiçik bir hədiyyəmi, Qarabağa həsr olunmuş romanımı TŞ-nin müdiri Zamiq müəllim və məktəbin direktoru Nuriyyə xanıma təqdim edirəm. Nuriyyə xanıma və Səidə xanıma tədbirin hazırlanmasına və eyni zamanda belə nümunəvi müəllim və şagird  kollektiv formalaşdırmasına görə  bir daha təşəkkürümü bildirirəm. Balaca ifaçıların  istedad və duyğusallıqla təqdim etdikləri bu tədbir unudulmaz anları ilə yaddaqalan oldu. Həyəcanımın bir səbəbi də bu tədbirdə  şəhidin anası Dursun xanımın  iştirak etməsidir. Mənim gözəl anam, qarşınızda baş əyirəm, başınızı dik tutun! “

Nuriyyə xanım tarixçi alimə maraqlı çıxışına və bir sıra mühüm faktlara işıq saldığına görə təşəkkürünü bildirərək, şagirdlərin bu  məlumatlardan yararlanacağını qeyd etdi və çıxış üçün  məktəbin adını daşıyan şəhid K. Məmədovun anası Dursun xanıma söz verdi. Şəhid anası iştirakçıları salamlayıb şəhidlərə rəhmət, qazilərə isə can sağlığı arzuladı və şəhidlərə, Şusanın azadlığına həsr edilmiş belə səviyyəli tədbirə görə direktora  minnətdarlığını bildirdi:” Nuruyyə xanım bu məktəbə direktor təyin olandan sonra oğlum Kazımın anım mərasimini, ad günlərini məktəbin kollektivi ilə birgə davamlı olaraq yüksək səviyyədə qeyd edirlər. Hər zaman da bizi bu tədbirlərə dəvət olunuruq. O zaman elə bilirəm ki, oğlum həyatdadı. Şəhid oğlum  unudulmur. Oğlum Kazımın büstünün  qarşısında hər zaman təzə-tər çiçəklər olur. Buna görə hər biriniziə təşəkkür edirəm”. Yazıçı Sevinc Rza da oz çıxışında  şagirdlərin çıxışlarından  çox təsirləndiyini dilə gətirdi. Qeyd etdi ki,  Şuşanı təkcə bu il yox, həmişə yadımızda saxlamalıyıq. Yazar xanım çıxışını Şuşaya  həsr etdiyi şeiri ilə bitirərək  dəvət üçün təşəkkürünü bildirdi. Cəbrayıl Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Aytən xanım da ürək sozlərini  söylərkən  uşaqların bədii kompazisiyasına həyacansız baxa bilmədiyini dedi. Şəhidlərə rəhmət diləyən Aytən xanım şagirdlərin ifasında sözlü-musiqili bu gecəni şəhidlərin əziz xatirəsinə həsr edilmiş gözəl tədbir kimi dəyərləndirdi.  Kitabxananın əməkdaşı Təranə xanım da öz çıxışında tədbirin əhəmiyyətini qeyd edərək gözəl çıxışlar üçün şagirdlərə, tədbiri hazırlayanlara və məktəbin direktoruna təşəkkür etdi.

 Zamiq Qurbanov bütün iştirakçıları qara hərflərlə yazılmış işğal tarixlərin qeyd etmək üçün deyil, möhtəşəm zəfərə sevinmək üçün yığışdıqlarına görə təbrik etdi": Onun əvəzində qızıl hərflərlə zəfər müjdəli tarixlərin bayramını qeyd edirik. Eyni zamanda sizi təbrik edirəm ki, Azərbaycanın üç rəngli bayrağları Azərbaycanın sərhədləri boyunca dalğalanır. İşğal altında olan bütün torpaqlarımızda artıq Azərbaycan əsgəri keşik çəkir və Azərbaycanın bütün sərhədləri bərpa olunub. Əziz şagirdlərimiz, burada milli qəhrəmanımız, sizin məktəbin adını daşıyan şəhid K. Məmmədovu dünyaya gətirən, onu boya- başa çatdıran   qəhrəman qadın Dursun ana iştirak edir. Bilirsiniz ki, o sizin məktəbin mənəvi anasıdır. Bildiyimiz kimi cənab prezidentimizin qərarı ilə 2022 ci il yanvar ayının 5-də “Şuşa ili” elan olundu. Bütün nazirliklər, həmçinin Təhsil naziri Emin Əmrullayevin bu barədə əmri oldu və bütün ümumtəhsil müəssisələrində “Şuşa ili”nin keçirilməsi tədbirlər planına uyğun olaraq həyata keçirilir. Bu gün  sizin məktəb də belə möhtəşəm  gözəl tədbir hazırlayıb. Əziz şagirdlər, sizin qarşısında mühim bir vəzifə var. Siz yaxşı oxumalısınız. Sizi öyrədən müəllimlərin tədris etdikləri fənni yüksək səviyyədə mənimsəməlisiniz və sizin üzərinizdə olan artıq o vəzifə, o şərəfli missiya ondan ibarətdi ki, bundan sonra Azərbaycana uzanan əlləri öz savadınızla qırasınız. İnanıram ki,  Kazım Məmmədovun adını daşıyan orta məktəbinin şagirdləri olaraq sizlərin nəticələri ildən-ilə yüksələcək və məktəbinizin adını daşıyan qəhrəman kimi siz də məktəbinizin  şöhrətini daim ucalara qaldıracaqsınız”. Çıxışlardan sonra məktəbdə keçirilən əl işi, inşa, rəsm müsabiqəsinin qalib şagirdləri olan  Aysu, Aysel, Nuray, Əli, Sevincə məktəbin rəhbəri və RTŞ- nin müdiri tərəfindən fəxri fərmanlar təqdim olundu.

Tədbirin təşkilatçısı, məktəbin Tərbiyə işləri üzrə direktor müavini Səidə Quliyeva bütün qonaqlara toplantıya qatıldıqlarına görə səmimi təşəkkürünü bildirərək 1995-ci ildən, belə həvəslə tədbir hazırlamadığını,  torpaqlar işğal altında olduğuna görə hər dəfə də təşkil olunan tədbirlərdə  qəm-kədər notları olduğunu, lakin artıq zəfər günlərini qeyd etdiklərinə görə sevinc hissləri yaşadıqlarını  dilə gətirdi. Səidə xanım belə tədbirlərin doğma Cəbrayılda keciriləcəyi günü səbirsizliklə gözlədiklərini deyərək şəhid analarını və  qaziləri yaşayan şəhidlər adlandırdı: ”Biz şəhidlərimizin ruhu qarşısında minnətdar olduğumuz kimi qazilərin və şəhid anaların da qarşısında həmişə baş əyirik. Həyatımızı, ömrümüzü, xosbəxtliyimizi  onlara borcluyuq.

 

Könlüm keçir Qarabàğdan,

Gah o dağdan, gah bu dağdan

Axşam üstü qoy uzaqdan

Havalansın xanın səsi,

Qarabağın şikəstəsi

 

Qoy “Qarabağ şikəstəsi” Qarabağdan heç vaxt əskik olmasın. hər birinizə uğurlar arzu edirəm”.

 

 Hüsniyyə Əlizadə