12 nəfərin saxta tanınma şəhadətnaməsi əldə etdiyi aşkarlanıb
2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib.
Bu barədə Adalet.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
"Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb. Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir. Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması üçün Qaydaların 4-cü bölməsində təsbit olunan tanınmaya dair tələblərin tam təmin olunması zəruridir.
Digər Xəbərlər
07 Dekabr 2025 20:13
BDU-nun dosenti vəfat etdi
07 Dekabr 2025 18:25
Emin Əmrullayevə Gürcüstanda "Fəxri doktor" adı verildi - FOTOLAR
05 Dekabr 2025 11:42
"Onlar universitetə yüksək balla girməyib..."
05 Dekabr 2025 10:45
Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayırlar
04 Dekabr 2025 12:00
“Orta məktəbləri ləğv etmək lazımdır, onsuz da təhsil yoxdur...”
03 Dekabr 2025 11:23
Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis
02 Dekabr 2025 11:41
Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur
01 Dekabr 2025 16:24


Bakı -°C

