MİQ imtahanı pullu olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Layihədə qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.
Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilir.
Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Qeyd edilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
07 Oktyabr 2026 11:20
“Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə...”
06 Oktyabr 2026 20:11
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
06 Oktyabr 2026 17:30
DİM sədri ali məktəblərdə boş qalmasının səbəbini açıqlandı
06 Oktyabr 2026 16:09
Onlar dövlət hesabına TƏHSİL ALACAQ
06 Oktyabr 2026 12:45
“Rəqəmsal məktəb” platforması daha 194 məktəbdə tətbiq olunacaq
05 Oktyabr 2026 17:09
ETİHİ Respublika Komitəsi müəllimlərin peşə bayramı münasibətilə rayon və şəhərlərdə tədbirlər keçirib
05 Oktyabr 2026 16:22
Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar
05 Oktyabr 2026 11:49


Bakı -°C

