Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Azərbaycanın bir neçə ölkədəki səfiri dəyişdirilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Fərid Yunis oğlu Talıbov təyin edilib.
Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb. Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. O, Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Ş.Abdullayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. Onun yerinə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib.
Digər Xəbərlər
27 Oktyabr 2025 17:00 İlham Əliyev və Ərdoğan İrəvana dəvət olunublar
27 Oktyabr 2025 14:16 Hakan Fidanın müavini Bakıya gəlib - FOTOLAR
27 Oktyabr 2025 14:08 “Sülhün qazancları - 3 min hərbçi həyatdadır”
27 Oktyabr 2025 12:52 Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
27 Oktyabr 2025 11:08 “Ermənistan bu cinayəti törədənləri məsuliyyətə cəlb etməlidir”
27 Oktyabr 2025 08:44 “Qubadlı 30 illik istehkamların darmadağın edilməsindən sonra azad olundu”
25 Oktyabr 2025 12:37 QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU
25 Oktyabr 2025 11:45 

Bakı -°C 






