Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski süni intellekt elementləri olan Rusiya hücum dronlarının inkişafını məhdudlaşdırmaq üçün yeni sanksiyalar tətbiq edib.
Adalet.az xəbər verir ki, müvafiq fərman dövlət başçısının aparatı tərəfindən dərc edilib.
Sənədə əsasən, bu sanksiya siyahısına Rusiya və Çindən 39 fiziki və 55 hüquqi şəxs daxildir.
Ukrayna liderinin müşaviri və sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk jurnalistlərə verdiyi şərhdə qeyd edib ki, Rusiya süni intellektdən (AI) istifadə edən pilotsuz texnologiyalara fəal şəkildə sərmayə qoyur və bu prosesə ciddi yanaşmaq lazımdır.
Digər Xəbərlər

Putin Tokayevə Alyaska sammitin əsas məqamları barədə məlumat verdi

Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi

HƏMAS-ı məğlub etmədən atəşkəs olmayacaq - Netanyahu

Yer yaxınlığından təhlükəli asteroid keçib

Rubio Putin-Tramp danışıqlarını dəyərləndirdi

Putinin Ukrayna müharibəsinin bitməsi üçün şərtləri məlum olub

Qazaxıstan ilk meteoroloji raketi sınaqdan keçirəcək
