Zelenski Trampa inanmır: Almaniyadan sonra Britaniya səfəri...
Məlumdur ki, 15 avqustda Tramp və Putinin Alyaskada baş tutacaq görüşü Ukraynalıları , eyni zamanda Ukraynanın Prezidenti Vladimir Zelenskini dərindən narahat edib. Narahatçılıq yaradan isə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin açıqlaması olub. O, vurğulayıb ki, savaşı dayandırmaq üçün "ərazi mübadiləsi"nə ehtiyac olacaq: "Çox güman ki, atəşkəs razılaşması çərçivəsində Ukrayna və Rusiya ərazi mübadiləsi aparmalı olacaq".
Zelenski avqustun 13-də ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn görüşlər keçirmək üçün Almaniyanın paytaxtı Berlinə gedib. Mənbə onu da qeyd etdi ki, Ukraynalı lider Almaniya kansleri Fridrix Merts ilə görüş keçirəcəyi nəzərdə tutulub.
Nəhayət , ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn danışıqlar zamanı ərazi ilə bağlı məsələlər müzakirə olunub.
Zelenski Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair Almaniya kansleri Fridrix Mertzlə birgə mətbuat konfransında bildirib ki, biz bu gün bu məsələləri müzakirə etdik. Təbii ki, bunlar çox mürəkkəb məsələlərdir”.
Bu gün -ayın 14-də isə Zelenski Böyük Britaniyaya uçub. Baş naziri Kir Starmer bu gün özünün Londondakı iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək. Məlumdur ki, onların danışıqlarının mövzusunun Putin-Tramp görüşünün olacağıdır.
Əgər Almaniyada bütün məsələlər müzakirə olunubsa, yenidən Böyük Britaniyaya təcili getmək, orada yenidən müzakirə açmaq Zelenskinin nəyinə lazım idi? Görünən odur ki, Zelenski Trampın " "Alyaskada Ukrayna ilə bağlı razılaşmalar əldə edilməsə, Rusiya ABŞ tərəfindən çox ciddi tədbirlərlə üzləşəcək" vədinə çox da inanmır. Və hətta "ərazi mübadiləsi" mövzusundan Trampın əl çəkmədiyini də hiss edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31
Kiyevdə elektrik sutkada 16 saat kəsilir
06 Noyabr 2026 10:41
Trampdan Demokratlara mesaj
06 Noyabr 2026 10:33
Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
06 Noyabr 2026 09:53
"Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər" - Pankin
06 Noyabr 2026 09:27
İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
05 Noyabr 2026 23:46
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
05 Noyabr 2026 23:25


Bakı -°C

