Zelenski Trampla görüşünün təfərrüatlarını açıqlayıb

“ABŞ Prezidenti Donald Trampla son görüşümüz zamanı ilk növbədə “Patriot” hava hücumundan müdafiə sistemləri barədə məsələni müzakirə etdik”.
Adalet.az xəbər verir ki, bunu Kiyebdə səfərdə olan Polşa prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, söhbətin mövzuları arasında danışıqlar prosesi ilə bağlı məsələlər, eləcə də Rusiyaya əlavə sanksiyaların tətbiqi və ikitərəfli münasibətlər də olub.
V. Zelenski həmçinin, rəsmi Varşava ilə danışıqların müdafiə nazirləri səviyəsində davam etdiriləcəyini də sözlərinə əlavə edib.
Digər Xəbərlər

Trampın Çinə səfəri gözlənilir

Türkiyənin 47 vilayətində meşə massivlərinə girişə qadağa qoyuldu

İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb
