22 Dekabr 2024 17:52
113
DÜNYA

Zelenski: Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir

Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir.

Adalet.az "İnsayder"ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, gələn il həlledici olacaq: "Biz hər şeyi etməliyik ki, 2025-ci il Ukrayna üçün ədalətli sülh ili olsun".

Qeyd edək ki, daha əvvəl ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın Zelenskini müharibəni dayandırmağa çağırması barədə məlumat yayılıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.