Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.
Adalet.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi "Grain from Ukraine" (Ukraynadan taxıl) proqramına həsr olunmuş görüşdə bildirib.
"Mən ABŞ-nin yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq", - Ukrayna lideri deyib.
Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.
Digər Xəbərlər
11 Sentyabr 2026 23:23
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
11 Sentyabr 2026 23:03
ABŞ İran xalqının təslim olmasını istəyir - Pezeşkian
11 Sentyabr 2026 20:30
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
11 Sentyabr 2026 20:00


Bakı -°C

