Zəngəzuru, Tatev məbədini, Njdenin otağını ziyarət edən ABŞ səfirinin MƏKRLİ PLANI
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysiermənipərəstliyi ilə seçilən, ermənilərə vurğunluğu ilə özündən əvvəl ki, səfirləri arxa plana atan siyasətçidir.
O, 44 günlük Azərbaycan- Ermənistan arasındakı , ikincinin məglubiyyəti ilə ilə bitən müharibədən sonra Azərbaycana qarşı əsl erməni məmurları kimi hərəkətlər sərgiləyir.
Ötən il Azərbaycan və Ermənistan arasında sərhəd anlaşmazlıqlarının yaşandığı əsas bölgə hesab olunəngəzura dəfələrlə səfər edib. Hətta Erməni lobbisinin təsiri altında olan səfir istirahət vaxtını belə əzəli Azərbaycan torpağı olan Zəngəzurda keçirib. Onun “USAID”-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) İrəvan şöbəsinin direktoru Con Alelo ilə birlikdə Zəngəzurdakı Tatev(“tat”+”ev”) məbəd kompleksini, kanat vasitəsilə Tatevə qalxan məbəd ərazisində Azərbaycan və Türkiyə xalqlarına qarşı bir sıra kütləvi qətliamların ideoloq, təşkilatçı və icraçısı olmuş faşist erməni terrorçusu Qaregin Njdenin otağı kimi tanınan məkanı ziyarət etməsi Azərbaycan ictimaiyyətində də narazılıqla qarşılandı.
.jpg)
Azərbaycanın narazı olmağa haqqı vardı. Çünki, 1920-1921-ci illərdə faşist Qaregin Njde məhz Tatevdə yaşayıb və burada Zəngəzur, Göyçə və s. ərazilərin Azərbaycan türkləri və bolşeviklərdən təmizlənməsini planlaşdırıb.
Eyni zamanda 1920-ci ilin aprelində daşnakların Tatev məbədində keçirilmiş yığıncağından sonra ermənilər Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərindən ibarət qondarma “dağlıq ermənistan respuklikası”n elan edib.
Linn Treysi qərəzli hərəkətlərini 2022-ci ildə də davam etdirməkdə israrlıydi və davam etdirir. O növbəti dəfə Zəngəzura səfər etdi və vilayətin başçısı Melikset Poqosyan, Mehri, Gorus və Sisian şəhərlərinin başçıları ilə görüşdü.
Ötən gün ABŞ səfiri növbəti dəfə yenə Zəngəzura gəlib.
.jpg)
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzurda ərazinin qubernatoru Robert Qukasyanla görüşüb.
Zəngəzurun təhlükəsiz bölgə olduğunu və bu təhlükəsizliyin də məhz ABŞ-ın sayəsində mümkün olduğunu göstərməyə çalışan Səfir Treysi erməni qubernatorla sosial-iqtisadi, yol-tikinti, kənd təsərrüfatı sahələri, həmçinin iqtisadiyyatın diversifikasiyası və Zəngəzurun inkişafı ilə bağlı müzakirə aparıblar. Yay tətilini keçirdiyi füsünkar təbiətli Zəngəzurda turizm potensialının da inkişafının mümkünlüyünü görüş zamanı vurğulayan səfir o ərazidə yaşayanlara həm də bir ümid işığı olub..
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi 44 günlük İkinci Qarabağ müharibəsinin ildönümü münasibətilə İrəvandakı “Yerablur” hərbi panteonuna baş çəkmişdi. Səfir müharibə qurbanlarının xatirəsini ehtiramla yad edərək onların məzarına gül dəstələri qoymuşdu.Linn Treysinin bu jesti onun növbəti ermənipərəst addımı kimi qiymətləndirildi. ABŞ-ın elçisi buna qədər də öz bəyanatları və hərəkətləri ilə ABŞ maraqlarının dəstəkçisi olmaqdan daha çox Ermənistan diplomatı kimi davranıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32
Mehriban Əliyeva qızı və gəlini ilə simfonik şou izlədi - FOTOLAR
04 Noyabr 2026 11:43
Ana obrazları ilə sevilən aktrisa - Əntiqə Kərimzadə yazır…
03 Noyabr 2026 22:21
Leyla Əliyeva sərgidə - VİDEO
03 Noyabr 2026 18:00
Türkiyədə Azərbaycanın tarixi Zəfərinə mahnı həsr olundu – “Azərbaycan Zəfər Şarkısı”na videoçarx hazırlandı
03 Noyabr 2026 11:51


Bakı -°C

