Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı oldu - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.
Adalet.az xəbər verir ki, dövlət başçısına görülən işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.
Məlumat verildi ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.
Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.
Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

