Zəngin mədəni irsin Zərifə Əliyeva səhifəsi
Tibb elminə yeniliklər gətirməklə böyük uğurlara imza atan Azərbaycan qadınının parlaq siması Zərifə Əliyevanın ismi Azərbaycan tarixinə qızıl həriflərlə yazılıb. Gözü zədələyən və korluğa səbəb olan xəstəliklərin effektiv müalicəsində atdığı addımlar nəticəsində nəinki Azərbaycanda ölkə hüdudlarından kənarda da tanınmasına səbəb oldu. Müəllifi olduğu “Terapevtik oftalmologiya” kitabı hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalmaqdadır. “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə verir. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, bir ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olan Z.Əliyevanın əldə etdiyi naliyyətlərlə yanaşı müalicə və proflaktika işlərinə şəxsən nəzarət etməsi, xəstəliklərin yayıldığı regionlara şəxsən səfər etməsi onun bir vətəndaş kimi xidmətlərindən xəbər verir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanımı insanlara olan sevgisi, mərhəməti, xeyirxahlığı və elmə bağlılığı ilə seçilən, öz dövründə əfsanəvi nüfuz qazanmış nadir qadın kimi səciyyələndirib. O, Zərifə xanımı həm görkəmli alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, həm də ziyalı Azərbaycan qadınının parlaq nümunəsi kimi yüksək qiymətləndirib. Prezident İlham Əliyev isə qeyd edib ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi və ailə dəyərləri onun şəxsiyyətinin formalaşmasına dərin təsir göstərib. Dövlət başçısı Zərifə xanımın həyatının son anlarında belə məğrurluq və təmkin nümayiş etdirdiyini, insanlara və övladlarına olan sevgisini sonadək qoruduğunu vurğulayıb. Prezident İlham Əliyev onu əsl alim, xeyirxah insan və fədakar ana kimi dəyərləndirib.
Onu da qeyd edək ki, 2023-cü ildə akademikin anadan olmasının 100 illik yubileyi qeyd edilib.Bu münasibətlə dövlət başçımız İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan elmi konfranslar, anım mərasimləri və digər tədbirlər vasitəsilə Zərifə Əliyevanın zəngin irsi yenidən diqqət mərkəzinə gətirilmiş, onun örnək həyat yolu gənc nəsillərə geniş şəkildə təqdim olunub.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Digər Xəbərlər
22 May 2026 08:39
Azərbaycanın dövlətçilik ənənələri davam edir
22 May 2026 08:37
Xalqımızın istiqlal salnaməsi
22 May 2026 08:35
Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti
22 May 2026 08:33
Azərbaycanın beynəlxalq nüfuzunun yeni göstəricisi
21 May 2026 12:59
Biz 30 ildə keçsə də bu problemi birdəfəlik həll etdik -VİDEO
21 May 2026 12:48
Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib
21 May 2026 12:34
Cavanşir Feyziyev Şəkidə seçicilərlə görüşüb
21 May 2026 08:18


Bakı -°C

