Zərdabda ağır qəzada ölənlərin üçü də uşaqdır - YENİLƏNİB

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır.
Adalet.az-ın xəbərinə görə, vəfat edən daha bir uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.
***
Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.
Adalet.az xəbər verir ki, səhər saatlarında daha 1 nəfər ölüb.
***
09:28
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, avqustun 9-da axşam saat 11 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər

Rəşad Bəxtiyarov vəfat etdi

Fatma Hüseynova vəfat etdi

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Ramiz Quliyevin dəfn yeri məlum oldu - YENİLƏNİB

Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu

Keçmiş icra başçısı vəfat etdi - FOTO

DİN-dən "Sədərək"dəki insidentə reaksiya - VİDEO - YENİLƏNİB
