12 Avqust 2024 11:32
118
İDMAN

"Zirə" - "Osiyek" matçının biletləri satışa çıxarılır

"Zirə" klubunun Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılır.

Adalet.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən ala biləcəklər.

Qiymətlər sektorlara görə 2, 5, 10 və 20 manat təşkil edir.

Biletləri Zirə İdman Kompleksindən, "Dalğa Arena"dan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, avqustun 15-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək. Xorvatiyadakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.