11 Avqust 2024 23:43
171
İDMAN

Turun son oyununda “Zirə” “Sabah”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub.

Adalet.az xəbər verir ki, son oyun günündə "Sabah" və "Zirə" komandaları üz-üzə gəliblər. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə"nin heyətində qolları Rafael Utziq və Salifu Suma vurublar.

Günün ilk oyununda "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Turun daha əvvəl baş tutan qarşılaşmalarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz-Naxçıvan" "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə bərabərliklə bitib - 1:1.