ABŞ-da prezident seçkiləri finala yaxınlaşır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
775 | 2024-10-21 12:58

Birləşmiş Ştatlarda prezident seçkilərinə iki həftədən bir az artıq vaxt qalıb. Namizədlərin seçki qərərgahlarında gərginlik son həddə çatır. Amerkansayağı seçki realiti-şousu finala yaxınlaşır. 

  Hələ üç ay əvvəl Demokratların  namizədi Kamala Xaris heç ağlına belə gətirmirdi ki, 60 illik yubleyini seçkiqabağl mitinqlərdə qeyd edəcək , yubley hədiyyələri isə seçkiqabağı sorğuların nəticələri olacaq.

 Demokratların əsas namizədi, hazırki prezident Co Baydenin seçkiöncəsi uğursuz performansı, partiyadaşlarını "atları döngədə dəyişmək" məcburiyyətində qoydu. Beləliklə  qoca Bayden, vitse-prezident Kamala Xarislə əvəz olundu.

 İki həftə əvvəl Xarris, ümummilli sorğularda oppananteti  Trampı inamla üstələyirdi. Lakin hazırda sevinc və optimizm əhval nruhiyəsi tədricən ondan uzaqlaçmaqdadır. Seçkilərdə kimə səs verəcəklərini qəti müəyyənləşdirməyən  yeddi ştatda azacıq üstünleklə olsa da,  Tramp liderlik edir.

 Rəsmi sorğularda namizədlər araslndakı fərqin minimal olması göstərilsə də, bukmeker kantorlarında Donald Trampın rekord nəticələrlə Xarrisi üstələdiyi bildirilir.

 Seçki marafonundan uzaqlaşdırılan hazırki prezident Co Bayden və keçmiş prezident Barak Obamanın  və eyni zamanda demokratların aparıcı üzvülərinin söhbətlərindən də görünür ki, demokratlar Xarrisin Ağ Evdə qalmaq perspektivlərinə inanmırlar. 

 Respublikaçıların namizədi Donald Tramp isə əksinə, qələbənin yaxınlıqda olduğunu hiss edərək "başı gicəllənməyə" başlayıb, mitinnqlərdə utanmadan ağlına gələni danışır, Kamala Xarrisi təhqir etməkfən belə çəkinmir. "Kamala cəhğnnəm ol get, sən amerika tarixinin ən zibil vitse-prezidentsən" və s. bu kimi təhqiramiz fikirlər səsləndirir.

 Bundan başqa, ABŞ tarixinfə ilk dəfə olaraq dünyanın ən varlı adamlarından biri, İlon Maks açıq şəkildə Donald Trampı dəstəkləyir və müstəqil şəkildə onun xeyrinə mitinqlər keçirir, seçiciləri Trampa səs verməyə çağıtır.

 "Əgər növbəti dörd ildə  Xarrisin marionet rejimi altında yaşasaq, qeyti-leqalların tapdaqları  altında qalan bir çox ştatllar öz varlığını itirəcək"- deyə İlon Maks seçicilətə çağıtış edir.

 Bir sözlə "drmokratiyanın beşiyində" demokratiya qıjqırır, sorğular keçirilir. Son sözü isə  həmişə olduğu kimi  "Sem dayı" deyəcək...

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV