adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

AZƏRİ DEYİRƏM, AZƏR ABDULLANI!

MƏZAHİR ƏHMƏDZADƏ
42362 | 2017-06-10 12:42

...Bu silsilənin davametdirilməsini məndən tələb edirlər. Ərklə, dostcasında, lap elə "səninborcundur bunları yazmaq" iddiası ilə. Düzdür, həmin dost-tanışlar çoxdeyil, 8-10 nəfər ola-olmaya. Məsələ burasındadır ki, həmin dostlarımın bəzilərielə mənim kimi yazı-pozu adamlarıdır. "Özünüz niyə yazmırsınız?" dasoruşa bilərəm. Soruşmuram.

Siz Azəri tanıyırdınız?Siz Azəri unutmadınız ki?

...Yetmişinci illərin əvvəlləri.Filarmoniya bağındakı qalaya bitişik çayxana-kafenin ən gur vaxtlarıdır."Zülfünün çayxanası" deyilən bu məşhur məkan qeyri-adi cazibəsi iləsanki bütün Bakını özünə çəkirdi. Bir neçə il əvvəl metro istifadəyə verildikdənsonra, bu yerlərə gəliş-gediş də asanlaşmışdı. Və artıq qarşı meydan və ətrafküçələr ümumiləşmiş bir adla tanınırdı: "Baksovet". Yəni Bakımetrosunun "Baksovet" stansiyası. Filarmoniyaya, içəridəki bağa,Zülfünün çayxanasına, "Azneftə", Sahil bağına, İçəri şəhərə, həttaalabaş "39"ların dalbadal şütüdüyü Yasamal tərəflərə də yollarburadan başlayırdı. Bu yolların hansındasa, bəlkə də elə metronuneskalatorunda, ya bəlkə qatarında, yəni bütün hallarda "Baksovet"ləbağlı bir məkanda cavan bir adamla tanış olmağım mənə nə qazandırmışdı? İndi bu45 ilin uzaqlığından dönüb geriyə baxanda görürəm ki, çox şey. Daha doğrusu20-21 yaşlı bir universitet tələbəsi üçün nələrin lazım olduğunu tale özü buinsanın da timsalında mənə bəxş etmişdi.

O dövrün məşhur nəşri,"Qobustan" adlı incəsənət toplusu özünün qeyri-adi yazı üslubu,"izmlərdən" azad baxışları, intellektual səviyyəsi ilə nəinki yüksəkzövqlü oxucuları, hətta orta statistik oxucunu da müəyyən məqamlar üçün özünə cəlbedirdi. Gənc yazıçı Anarın bu şedevri tapılmırdı, kimin əlinə düşürdüsə sankilotoreyada nəsə qiymətli bir uduş sahibi hissini keçirirdi. Bu topluda ovaxtlar baş redaktor Anarla birlikdə Vidadi Paşayev, Tofiq Məhərrəmoğlu (TofiqAbdin), Azər Əhmədov (Azər Abdullaoğlu- Azər Abdulla), Yusif Əliyev, Vaqif Nəsibkimi tanınmış jurnalistlər çalışırdı. Toplu ilə əməkdaşlıq edən daimi müəlliflərində yazı üslubu, ruhu "Qobustan"ın bəzəyi, gözəlliyi idi. BuradaElçini, Cəfər Qiyasini, İnqilab Kərimovu... yaddan çıxarmaq olarmı? Məsələn, mənElçinin "Sənətdə şərtilik" məqaləsini oxuyub heyrətə gəlmişdim.Sevdiyin bir yazıçının səni həm də qapalı bir ölkədən necə ustalıq və istedadlauzaqlara apara bilməsi o vaxtlar üçün bütün mənalarda çətin məsələ idi.

...Tanışlığımız üzdən,tez-tez rastlaşmaqdan başlamışdı. Bu, "Baksovet", Zülfünün çayxanasıməişətinin, davranışının gündəlik, sadə komponentlərindən sayılırdı. Ancaq mənbiləndə ki, bu Azər məhz hər dəfə oxuduğum "Qobustan"ın tanınan vəayrıca olaraq daha çox bəyəndiyim iki yazarından biri Azər Əhmədovdur, doğrusuxeyli təəccübləndim. Digər kumirim Tofiq Abdinlə hələ tanış deyildim. Yəni şəxsən tanışolmamışdıq, bu hələ bir-iki il sonra baş tutacaqdı.

Azərlə görüşlərimizintensivləşərkən onun "Baksovet"ə tez-tez gəlişinin də səbəbləriniöyrənirdim. Onun yazı qəhrəmanları da "bu ölkənin" vətəndaşları idi.Onların bir çoxundan artıq yazmışdı, bəziləri isə hələ "öyrənilirdi".Rasim Babayev, Səttar Bəhlulzadə, Nazim Hikmət... Yox, yox, səhv oxumadınız,dahi şair haqqında təkcə kitablar yetərli deyildi, Azər qələmi, Azər sevgisiüçün. Buralara gələnlərin çoxunun qəlbində bir Nazim Hikmət sevdası yaşayırdı -ən kiçik detalın özü belə Azər üçün qiymətlitapıntı idi. Elə bu səbəbdən də onun Nazim Hikmət haqqında yazdıqları (sonralarNazim Hikmətin yaradıcılığından müdafiə edərək filologiya elmləri namizədi -alimlik dərəcəsi alması həmin o istedadın, axtarışların və sonsuz sevgilərin bəhrəsiidi) maraqla oxunurdu, sevilirdi, müəllifinə əsl jurnalist, publisist şöhrətiqazandırırdı. Eləcə Səttar Bəhlulzadə, türk rəssamı İbrahim Balaban, böyük bəstəkarımızFikrət Əmirov haqqında yazdığı ecazkar məqalələri ilə, digər publisistik əsərləriilə. Artıq Azər Abdulla kimi tanınan məşhur jurnalist Fikrət Əmirov haqqında məqalələrininbirində "Şur" simfonik muğamına indinin özündə belə heyrət ediləsibir üslüb bəxş etmişdi. Tofiqin, Azərin belə yazıları "Qobustan"ın bəzəyiidi.

...Azər həm də "Baksovet"in də yaraşığı idi. Qıvrım saçlarıçiyninə tökülən, həmişə səliqəli və azad (!) geyimi ilə fərqlənən Azər bütün mənalardabir şəxsiyyət, ziyalı simvolu idi. Yaşından çox-çox gənc görünməsinə baxmayaraqonun məndən 11, Vaqifdən (əziz dostumuz Vaqif Cəbrayılzadə) 8 yaş böyük olmasıheç nəyi dəyişmirdi. O böyük qardaşlıq missiyasını da ağayana bir tərzdə çox ləyaqətləyerinə yetirirdi. Bu gün hamımız altmışı,yetmişi keçmiş insanlarıq. İndi qala divarlarından başqa heç nəyi əvvəlkitəkqalmayan o "Baksovet"li illərə bizim nəsil çox borcludur, çox minnətdardır.Əksəriyyətimizin dostluğu hələ də davam etməkdədir və güman ki, sonadək elə belədə olacaqdır.

Yada salıb xatırladığımməkana borcluluq və minnətdarlıq məsələsinə yüzlərlə misal çəkib fikrimə haqqqazandıra bilərəm. Bütün bunları mənim "o illərin çörəyi" kimi dadı, ətri,varlığı unudulmaz əziz dostlarım da təsdiqləyərlər.

Azər Abdulla işə -"Qobustan"a gedəndə də yolunu mütləq "Baksovet"dən salardı.Ya metro ilə gedib indiki "Sahil" stansiyasından 150 metr geriyəqayıdardı, ya da piyada "Tarqovlı"dan keçərdi. O vaxtlar AzərAbdulla, Tofiq Abdin, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə və başqa yazıçılar,jurnalistlər, dövrün məşhur aktyorları, sənət adamları qədər tanınır vəsevilirdilər. Neçə-neçə dostum, tələbə yoldaşım məndən onları həmin tanınmış gənclərləşəxsən tanış etməyimi istəyirdilər. Universitet dostlarımdan biri generaldır. Ovaxt onu Azərlə məhz "Baksovet"dətanış etmişdim. Obyektiv səbəblər üzündən onlar onillərdir ki, dahagörüşə bilmirlər. "Görüşmürlər" də yazmaq olar. Ancaq general dostumayda-ildə bir mənimlə rastlaşanda mütləq Azəri soruşur, Vaqifi də soruşur... O,"Balsovet" ölkəmizin oturuşmuş vətəndaşı olmadığı üçün bundanartığını da ummuruq. Bizim kimi adamlara xoş xatirələr də bəs edər.

Ancaq tanımayanlar, həmdə unudanlar üçün deyəcəklərim var. Jurnalist, publisist, şair, yazıçı, alim... Azər müəllim.İndi də əvvəllərdəki kimi olduğundan 10-12 yaş "cavan" görünən birzamanların məşhuru Azər Abdulla! Gözəl ailə başçısı, dəyərli dost, vətən vətürkçülük aşiqi Azər bəy! Oturuşunda-duruşunda, hər addımında, sözündəbütövlük, davranışında elitar əxlaq nümunəsi, əslzadəlik onun portret cizgiləridir.Bu xüsusiyyətlərə malik insanların arasında axtarın onu. Azəri deyirəm, AzərAbdullanı.

                                                                                                                                       (davamı olacaq)

P.S. Hər səhər Alpaya (oğluna), Vaqifə (əziz dostumuz Vaqif Bayatlı Odərə)və mənə görə Allaha üz tutub dualar edən bu əvəzsiz dostun, böyük qardaşın,böyük ziyalının özündən icazə alıb bəzi məqamlara şifrələrsiz yanaşmaq istəyirəm.Təvazökarlığının azacıq da olsa imkan verəcəyi ümidindəyəm. Yoxsa mən Azərhaqqında nə yazdım ki! İndi -indi başlamışdım.

P.P.S. Məni doğulub boya-başa çatdığı yerlərə - Zəngəzura da aparacaq nəvaxtsa. Söz verib.


TƏQVİM / ARXİV