BAKİRƏ ÇIXMAYAN GƏLİNİN YENGƏSİNİ… - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
4198 | 2023-03-28 12:22

Oxucu məni bağışlasın, bir az kobud səslənir, çalışacam redaktə edim.

Bilirsiniz də toyda gəlinin yanında yengə də gəlir. Yengə həm də gəlinin bakirəliyinə cavabdehdi. Gəlin bakirə çıxanda oğlan evi Yengəyə bahalı hədiyyələr verir.

Amma bunun tərsi də var. Vay o günə ki gəlin bakirə çıxmaya. Onda bilirsiz də Yengəyə nə edlirlər? Yazılması ayıbdı, amma özünüz başa düşdüz də.

İndi Rusiya sülhməramlıları Qarabağdakı erməni separatçılara Yengəlik edir. Xüsusilə də Xankəndi-Xəlfəli- Turşsu istiqamətində. Özlərinin gəlin maşını kimi bəzədilmiş BTR-ləri və ya BMP-ləri də separatçıların silah-sursat daşıyan maşınlarının qabağında gedirlər.

Ermənilərin bakirəliyi çoxdan pozulub, ən məşhur və hörmətli adamları Kim Kardaşyan olan bir millətdən bakirəlik gözləmək təbii ki, mümkün deyil.

Rus sülhməramlıları başa düşməlidir ki, bu Yengəlik onlara baha-başa gələ bilər. Azərbaycan əsgəri, xüsusilə də YAŞMA toyda bakirə çıxmayan qızın Yengəsi kimi sülhməramlı Yengələri də… day özünüz başa düşdüz də.

 

TƏQVİM / ARXİV