Marketdən aptekə, aptekdən marketə Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
424 | 2025-08-06 14:22

Nə zamandır ömürü belə sürürük. Ordan ora ordan da ora. Əvvəllər də belə olub. Amma əvvəllər yeyib yaşayırmışlar. Arada bir aptekə də dəyərmişlər. İndi isə  elə bir dövrə gəlib çıxmışıq ki, tək yeməklə yaşamaq mümkün deyil. Gərək bir ayağın da aptekdə olsun. Canı dərmansız  yaşatmaq müşküldü. Dərmanla da yaşamaq ondan da müşkül.

Paytaxtın Yeni Yasamal adlanan ərazisində yaşayıram. Burada əhali sıx yerləşib. Məhləmizdə təxminən 5 böyük market var. Və elə bu qədərdə aptek var. Marketlərdən biri 24 saat çalışır. Apteklərdən də biri. Ümumi götürəndə vəziyyət eynidi. Tək sayda yox. Həm də alıcıda. Mümkün deyil ki. aptekə daxil olanda növbədə birinci olasan. Nə vaxt girirsən ən yaxşı halda ikinci adamsan. Yəni ki, aptekin növbəliyi ilə  marketin növbəliyi biz tərəfdə eynidir. Görünən odur ki, yaşamaq tək toxluqla alınmır.

O günləri xəbər oxudum. Dövlət Statistika Komitəsinin məlumatına əsaslanan xəbərdə bildirilirdi ki,  2025-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılara 598,1 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimat satılıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,6% təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur. 5 aya əhali 600 milyon xərcləyibsə çox güman ki, ilin axırına bu rəqəm milyard yarıma çatacaq. Tam əmin ola bilərsiniz ki, bu rəqəm ötən illərin göstəricilərindən kifayət qədər yüksəkdi.
Bu iki haldan baş verə bilər. Biri odur ki,  dərman preparatlarının və tibbi ləvazimatların qiymətləri ötən illərə nisbətən yüksək ola bilər ki, bu da ümümi dövriyyədə özünü göstərə bilər. Yəni ehtiyac eynidir. Amma qiymət artımı xərclənən vəsaiti artırır. Ikincisi isə o ola bilər ki, insanların dərman preparatlarına və tibbi ləvazimatlara tələbi çoxalıb. Yəni sağlam insanların sayı azalır və yaxud da əksinə, xəstələrin sayı artır. Fikrimcə hər iki hal biz də mövcuddur. Həm qiymətlər qalxır, həm də ki xəstələr çoxalır. 

Qiymətlər ona görə qalxır ki, manapoliya var. 

Xəstələr isə ona görə artır ki, qida sektoru özü xəstədir. Və o üzdən qəbul etdiyimiz qidalar sağlamlığımıza zərbələr endirir. Yavaş-yavaş. Öldürmür.

Asılılıq yaradır. Dərmanlardan. 

Bir də ki, əsəb və gərginlik. Bu da bizi məhv edir. 

Xərçəng, şəkər, bel yırtığı, infarkt, qan təzyiqi...

Həm qidadan həm də ki, əsəsb və gərginlikdən qaçmaq imkansızdır. Hara qaçasan? Fikirləşsən ki, gedim rayonda yaşayım təbii qidalarla qidalanım bu da mümkünsüzdür. Çünki elə rayondakılar da bizim günümüzdədir. Çünkisini yazmağa ömür yetməz. Xəstəyəm axı.

Bunu qısaca yazdım ki, bir marketdən bir də ki, aptekdən istəsək də istəməsək də bərk yapışmalıyıq. Yaşamaq üçün. Çarəmiz yoxdur.

 

  • Avqust:
  • 1

TƏQVİM / ARXİV