"Dünya bir korla, bir topalın əlində qalıb" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
533 | 2024-06-06 10:04

Rusiya prezidenti Vladimir Putin, Peterburqda  keçirilən beynəlxalq iqdisadi forumunda dünya informasiya agentliklərinin başçıları ilə görüşündə, Hazırda Qəzza bölgəsində baş verən hadisələri, dinc əhalinin məhv edilməsi kimi qiymətləndirib.

Rusiya prezidenti bildirib ki, Rusiya istənilən ölkədə dinc əhaliyə qarşı hücumları pisləyir  və terroizmin bütün formalarının əleyhinədir. (Bəs görəsən Ukraynada iki ildən çoxdur ki, dinc əhaliyə qaşı eyni hərəkətləri törədənlər kimlərdir?... R. H)

"Biz hesab edirik ki, bütün bunlar Fələstin İsrail məsələsini öz monopolyasına almış  Amerika Birləşmiş Ştatlarının apardığı siyasətin nəticələridir"- deyə Rusiya prezidenti bəyan edib.

Məhşur bir filmimizdə deyildiyi kimi, "Dünya bir korla, bir topalın əlində qalıb".

ABŞ Yaxın Şərqdə aləmi qarışdırıb, Rusiya isə Ukraynada. Maraqlıdır ki, bunların ikisi də bir-birilərini dinc əhalinin kütləvi qırğınında günahlandırırlar və eyni zamanda Rusiya Yaxın Şərqdə baş verənlərə, ABŞ isə Ukrayna müharibəsində əsas rol oynayırlar. Yəni "çömçələri qaynayan qazanı qarışdırmaqdadır".

 Hər iki bölgədə isə günahsız  insanların qanları tökülməkdə davam edir... 


 

  • Iyul:
  • 5

TƏQVİM / ARXİV