Ermənistan qalır,  ya gedir?..." -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
428 | 2024-06-21 12:28

"Yerevan KTMT-də statusununa aydınlıq gətirməlidir"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqabetov bəyan edib ki, KTMT-ı Ermənistan qarşısında götürdüyü öhtəlikləri saxlayır və ümid edir ki, Yerevan rəsmi surətdə təşkilatda statusuna aydınlıq gətirməlidir.

 "Hesab edirəm ki,  Ermənistanın siyasi rəhbərliyi vəziyyətə aydınlıq gətirməlidir və rəsmi qərar qəbul etməlidir- təşkilatın tərkibində qalırlar, ya yox?"- deyə Tasmaqambetov bildirib.

  Baş katibin sözlərinə görə, Ermənistan tərəfdaşımız kimi qala bilər, təşkilatda qalıb-qalmamaq isə ölkənin  suveren hüququdur.

 Daha əvvəl məlum olub ki, Ermınistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-yə daxil olan ölkələrin  xarici işlər nazirlərinin yığıncağında iştirak etməkdən imtina edib. 

 İyunun 12-də isə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-dən çıxa biləcəklərinin mümkün ola biləcəyini  bəyan edib.

 

  • Iyul:
  • 5

TƏQVİM / ARXİV